Katib: "İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər"

"Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər kəsdə təəccüb doğurur”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
O bildirib ki, Milli Məclisin İntizam komissiyasında Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər:
"Bununla bağlı komissiya üzvləri öz aramızda məsləhətləşmə apararaq məsələyə baxa bilərik”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























