• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Azərbaycanın Ermənistan qarşısında şərtini AÇIQLAYIB

İlham Əliyev  Azərbaycanın Ermənistan qarşısında şərtini  AÇIQLAYIB
25.09.2020 09:20
BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxribatları barədə geniş danışıb. 
Anews.az xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın bu ilin martın 30-da Azərbaycanın işğal altındakı torpaqlarında qondarma seçki keçirdiyini xatırladıb. 

İlham Əliyev Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin regional sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib.

"Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa cəhd edir. Ermənistan status-kvonu saxlamaq və işğal edilmiş torpaqların ilhaqını həyata keçirmək istəyir. Ermənistanın baş naziri qəsdən danışıqlar prosesinin formatını və mahiyyətini dəyişmək istəyir. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesi üçün ciddi zərbədir”, - deyə İlham Əliyev əlavə edib. 

Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı 7 şərt irəli sürməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb:
"Onun 7 şərti bizim tərəfimizdən rədd edilib. Bizim yalnız bir şərtimiz var - sülhə nail olmaq. Bunun üçün isə Ermənistan qoşunları Azərbaycanın işğal altındakı bütün torpaqlarından çıxarılmalıdır”. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə” barədə məlumat verib: 

"Ermənistan həm də Azərbaycanın əsas şəhərlərini, sivil infrastruktur obyektlərini – Mingəçevir Su Anbarını və Səngəçal terminalını təhdid edir. Səngəçal dünyanın ən böyük neft-qaz terminallarından biridir, Bakının yaxınlığında yerləşir, 10-larla ölkənin enerji təhlükəsizliyini təmin edir”. 
Prezident onu da bildirib ki, Ermənistan müxtəlif ölkələrdən yığdığı muzdluları və terrorçuları Azərbaycana qarşı istifadə edir. 
"Ermənistan bu gün terrorçuluğun sponsorudur”, - deyə İlham Əliyev əlavə edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol