• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə yaşayan soydaşlardan Azərbaycan Ordusuna DƏSTƏK

Xaricdə yaşayan soydaşlardan Azərbaycan Ordusuna DƏSTƏK
29.09.2020 14:49
Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə məşhur olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirirlər.

Bu barədə anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Onların bir qisminin paylaşımlarını təqdim edirik:

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl da sosial şəbəkə hesabında  "Qarabağ Azərbaycandır!” yazısı ilə  şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə instagram izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?”. 

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır:  "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə  aparmağa  məcbur idi. Azərbaycanın yanında olun!”

Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi instagram səhifəsində  üzərində "Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır” yazılmış  şəkil paylaşıb.
Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb "Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol