• $
  • €
  • ₽
  • ₺
  • £

FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb

FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb
29.09.2020 19:00
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə şəhər və rayonlarımızda kollektiv mühafizə qurğularının, o cümlədən sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin hazırlıq səviyyəsi, tutumu, rabitə-xəbərdarlıq sisteminin, kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların, səhiyyə müəssisələrinin imkanları hərtərəfli təhlil edilib, bu istiqamətdə müvafiq tədbirlər görülüb.

FHN-dən anews.az-a bildirilib ki, həmçinin Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xarakteri və ölkəmizin müharibə şəraitində yaşadığı nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyi cəbhəboyu zonada yaşayan əhalinin mülki müdafiəsinin aidiyyəti üzrə təmin edilməsi istiqamətində lazımi tədbirlər görüb. Belə ki, cəbhəboyu zonada və bilavasitə təmas xəttində yerləşən yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri həyata keçirilib. Bu çərçivədə, digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə əhaliyə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə qaydaları aşılanıb. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.

Düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol