• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrovun erməni kökləri Ermənistana kömək olmadı

Lavrovun erməni kökləri Ermənistana kömək olmadı
27.06.2014 13:01
Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər
Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər. 
Bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib. 
Onun sözlərinə görə, ölkəsi mütləq bu birliyə daxil olacaq. Bu sözdən sonra dediklərini zarafata salıb "heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir". 
Abramyan hər şeyin 3 iyulda keçiriləcək görüşdən sonra bəlli olacağını deyib. Bununla yanaşı baş nazir ölkənin birliyə daxil ediləcəyi təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb. 
Yerli jurnalistlər müəyyən ediblər ki, son bir neçə gündə Dağlıq Qarabağı hökumət başçısı başda olmaqla bir çox yüksəkçinli ziyarət edib. Bu cür səfərlər təbii ki, təsadüf deyil. Qəzet əməkdaşlarının fikrincə, ola bilər ki, Ermənistanın bu birliyə daxil olacağı təqdirdə yarana biləcək problemlər, heç kimin tanımadığı Dağlıq Qarabağla Ermənistan arasında buraxılış məntəqələrinin yerləşdirilməsi müzakirə edilir. 
Ermənistan üçün vacib məsələnin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri zamanı həll ediləcəyi ilə bağlı ümidlər özünü doğrultmadı. 
Jurnalistlər qarşısında çıxış edən ölkənin ilk ombudsmanı Larisa Alaverdyan bildirib ki, Sergey Lavrovun erməni kökləri İrəvana yaxşı heç nə gətirmədi: "O, burda çox şeydən danışdı. Amma biz işəyarayan heç nə eşitmədik". 
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə Ermənistanın Avrasiya İqtisadi Birliyinə işğal edilmiş Dağlıq Qarabağla daxil olmasının mümkünsüzlüyü barədə məktubu İlhma Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir. 
"Yeni Müsavat"
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol