Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb

Gürcüstanda son sutkada daha 448 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 299 pasiyent sağalıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Karantin zonalarında 5 392, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 1 100 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.
www.anews.az
























