• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın təxribatları dünya mediasında

Ermənistanın təxribatları dünya mediasında
02.10.2020 08:51
"BBC World Radio”nun "Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi baş tutub.

 Anews.az reporta istinadən xəbər verir ki, səfir proqramda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini qeyd edib.

Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavabında bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki, mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə, təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir.
Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildiriv. O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.

Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması, guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F 16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir vurğulayıb ki, Azərbaycanda F 16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmayıb və ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Səfir suriyalı döyüşçülərlə bağlı şayiələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırıb.

Elin Süleymanov tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına cavabında bildirib ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin danışıqlar nəticə verməyib. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olmuşdur.
Həmçinin nüfuzlu "Newsweek" mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə, atəşkəs dayanıqlı olmayacaq. 
Bundan əlavə, səfir ABŞ-da geniş izləyici kütləsinə malik "Con Batçelor Şou" proqramına müsahibəsində Ermənistan tərəfindən hərbi təxribatların davam etməsinə, müki şəxslərin məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində ölən və yaralananların olmasına diqqət çəkib. O, bütün əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verdiyini vurğulayıb və Azərbaycan Prezidentinin "Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur” sitatını xatırladıb. Bundan əlavə, səfir dünya mətbuatında münaqişə barəsində yayılan saxta məlumatlara toxunaraq, bu cür halların yolverilməzliyindən bəhs edib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol