• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq: Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI

Baş Prokurorluq: Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI
02.10.2020 10:09
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan anews.az-a verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 19 nəfər şəxs isə həlak olmuşdur.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdur.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Siyasət 13:12
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Siyasət 12:33
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol