• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasi partiya rəhbərləri ilə görüş keçirilib

Siyasi partiya rəhbərləri ilə görüş keçirilib
03.10.2020 18:30
Oktyabrın 3-də Bakıda siyasi partiya rəhbərləri ilə "Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirak edir.

Anews.az xəbər verir ki, görüşdə çıxış edən şöbə müdiri Ədalət Vəliyev sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətdiyini, düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhəboyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olduğunu bildirib.

Sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoyması beynəlxalq hüquqa ziddir və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır.
Ədalət Vəliyev siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayıb, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.

Ölkədə siyasi partiyalarla aparılan dialoqun uğurlu nəticələrindən də bəhs olunduğu görüş digər çıxışlarla davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol