• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Yaponiyadan da ədalətli və qətiyyətli mövqe gözləyir"- Prezidentin köməkçisi

"Azərbaycan Yaponiyadan da ədalətli və qətiyyətli mövqe gözləyir"- Prezidentin köməkçisi
03.10.2020 13:55
Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.
Anews.azAZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın "Asahi Tv” telekanalına müsahibəsində bildirib.

Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb. Bildirilib ki, Azərbaycan artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsini və Ermənistan ordusunun bu ərazidən çıxmasını gözləyir.

Videomaterialda Azərbaycan Prezidentinin köməkçisinin sözləri sitat gətirilərək bildirilir: "Azərbaycan Ermənistan ordusunun işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasını təkidlə tələb edir. Biz gözləyirik ki, Yaponiya da BMT vasitəsilə yeni qətnamələrin qəbuluna təsir göstərəcək”.
H.Hacıyev əmin olduğunu bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Yaponiya da münaqişənin həllinə tezliklə öz töhfəsini verəcək.

Videosüjetdə həmçinin Azərbaycan Prezidentinin köməkçisinin beynəlxalq ictimaiyyətə münaqişə regionuna erməni muzdlularının gətirilməsi ilə bağlı göstərilən cəhdlərin qarşısını almaq barədə çağırışı da yer alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol