Türkiyə hökuməti cəbhədəki vəziyyəti müzakirə edəcək
05.10.2020 09:42
Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.