Azərbaycan əraziləri Ermənistanın bu bölgələrindən raket atəşinə tutulur

"Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb".
Anews.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























