İran və Türkiyə arasında aviareyslər ləğv edildi

İranın Mülki Aviasiya Təşkilatı (CAO) bütün yerli aviaşirkətlərin və Türk Hava Yollarının Türkiyə-İran istiqamətində uçuşlarını ləğv edib.
Anews.az xəbər verir ki, bu barədə Təşkilatın yaydığı məlumatda bildirilir.
CAO-nın açıqlamasından da göründüyü kimi bu qərar Türkiyə ilə uçuşların bərpasından bir neçə gün sonra qəbul edilib.
Bu qərarın koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qəbul edildiyi qeyd edilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























