• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə XİN-dən Kanada hökumətinə PUA-larla bağlı CAVAB

Türkiyə XİN-dən Kanada hökumətinə PUA-larla bağlı CAVAB
06.10.2020 10:02
"Ötən il "Barış pınarı əməliyyatı”na (Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı - red.) görə Türkiyəyə silah satışını dayandıran Kanada bu dəfə də qardaş Azərbaycanın Türkiyə istehsalı olan PUA-larla dastan yazan mübarizəsinə qarşı eyni qərarı qəbul edib”.
Anews.az "AHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Kanada hökumətinin Türkiyə PUA-larına rabitə texnologoiyası satışını dayandırdığına dair qərarına cavabında bildirib.

"Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standartdan yanaşmasına nümunədir.

Kanada BMT mütəxəssisləri tərəfindən hazırlanan hesabatlara məhəl qoymayaraq bu əsrin ən böyük insanlıq dramlarından biri yaşanan Yəməndə böhranı hərbi müdaxilə yolu ilə həll etmək istəyən ölkələrə silah-sursat, hərbi texnika ixracatını, silah satışını bölgənin təhlükəsizliyinin təmin olunmasında iştirak kimi təqdim edir. NATO-da müttəfiqinə müdafiə avadanlığı ixracatının qarşısının alınmasının hər hansı izahatı yoxdur”, - bəyanatda vurğulanıb.
Türkiyə Xarici İşlər Nazirliyi Kanadanın bu addımını müttəfiqlik ruhuna uyğun gəlməyən, əməkdaşlıqdan uzaq bir davranış olaraq qiymətləndirib:
"Kanadadan ikili standartlardan uzaq bir siyasət yürütməyi, ölkəsində Türkiyəyə qarşı dairələrin təsiri altında qalmadan və dar siyasi maraqlardan uzaq duracağını gözləyirik”.

Oktyabrın 5-də Kanada hökuməti Türkiyəyə informasiya texnologiyası ilə bağlı avadanlıq ixrac etməyi dayandırdığına dair qərar qəbul edib. Türkiyədə həmin texnologiyanın hazırlandığına dair xəbərlər yayılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol