• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: “Amnesty International” bir daha nə qədər qərəzli təşkilat olduğunu göstərdi”

Hikmət Hacıyev: “Amnesty International” bir daha nə qədər qərəzli təşkilat olduğunu göstərdi”
06.10.2020 11:50
"Bu açıqlama ilə "Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Amnesty International”un Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüz ilə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı şərhində deyib.

H.Hacıyev bildirib ki, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran "Amnesty International”, əslində, siyasi sifarişlər yerinə yetirməklə, QHT fəlsəfəsinə böyük zərbə vurur:

"Biz "Amnesty International”ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.

Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir.

Sual olunur. "Amnesty International” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də, digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir.

Sentyabrın 27-dən bu günə kimə Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olub, 141 mülki şəxs isə yaralanıb. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşüb.

Ermənistanın bu raket hücumları beynəlxalq mülki aviasiya üçün də böyük təhlükə törədir.

Bundan başqa, Azərbaycanı Kasetli hərbi sursatlar haqqında konvensiyaya qoşulmağa çağırmaqla, özünü "ədalət çarçısı” kimi qələmə verən "Amnesty International” niyə Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən qətnamələrini icra etməyə çağırmır?!

Bu saxtakar təşkilat Azərbaycan cəmiyyətində ikrah doğurur. "Amnesty International” və bu qəbildən olan "qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə ən düzgün qiyməti sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev verib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol