• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc:200 ildə ilk dəfədir, ermənilərin ələ keçirdiyi torpaqları Ali Baş Komandan geri qaytarır..

Zahid Oruc:200 ildə ilk dəfədir, ermənilərin ələ keçirdiyi torpaqları Ali Baş Komandan geri qaytarır..
06.10.2020 14:13
Milli Məclisin bu gün keçiirlən plenar iclasında çıxış edən Komitə sədri Zahid Oruc qeyd edib ki, 27 sentyabrda əks-həmlə əməliyyatı ilə Ordumuzun həyata keçirdiyi Xilaskarlıq və Zəfər yürüşünə dünyada yaşayan bütün azərbaycanlılar hər cür mənəvi və maddi dəstək verir, özlərini müqəddəs müharibənin səngərində hiss edirlər.
 
Milyonlarla insanımızı birləşdirən ideya vahiddir-son 200 ildə müxtəlif tarixi şəraitdə ermənilərin əlinə keçmiş torpaqlar ilk dəfədir ki, Ali Baş komandanın rəhbərliyi altında geri qaytarılır.Ona görə də indiki döyüşlərə məhz iki əsr əvvəldən gələn mürəkkəb tariximizdə baş verən toqquşmaların millətimizin xeyrinə çevirdiyi indiki məsuliyyətli bir mərhələsindən bəhs edə bilərik.

Digər mühüm məqam ondan ibarətdir ki, bəli, şanlı ordumuz vahiddir, bölünməzdir və bütövlüyü ilə millətimizni, xalqımızın bütün coğrafiyasını və sosial tərkibini təmsil edir, bununla bərabər,1-ci Qarabağ savaşında doğma torpaqlarını anaların qucağında bələkdə tərk edən oğulların indi tankların sükanında öz doğulduqları evlər, o cümlədən bütün işğal olunmuş ərazilərimiz uğrunda igidliklə vuruşduğunu, bütün mərd oğullarımızla birgə olduqlarını da xarici ictimai-siyasi təşkilatlar nəzərə almalıdılar.

İndi hamı şahiddir ki, Ermənitan hərb meydanında məlub olduqca itkilərini diplomatik-siyasi, eləcə də informasiya aləmində bütün çirkli vasitələri işə salması ilə bərpa etməyə çalışır.Ona görə də savaş arealını Cəbrayıldan, Füzulidən, yaxud Ağdərə cəbhəsindən Vaşinqtona, Parisə, yaxud digər paytaxtlara daşımaq istəyir.Amerikanın nümayəndələr palatasında Cek Spayerin təşəbbüsü ilə 1165 saylı qətnamə də dediklərimizə sübutdur.Lakin belə sənədlər Ordumuzun qarşısını ala bilməz.
 
O biri yandan, ilin iyul ayında "Milli Müdafiə Maliyyəşələşdirmə aktı” adlı qanuna düzəlişlərdə ədaləti-Azərbaycanın hüquqi mövqeyini tanıyanların indi əks mövqe tutmaları ilk növbədə Birləşmiş Ştatların bölgədəki maraqlarına zərbədir.Qarabağ məsələnin qanuni həlli ABŞ-ın mənafelərinə ziyan vurmur.Ona görə də əskər və zabitlərimizdən hər gün yeni yüksəkliklər və düşmənə nöqtəvi zərbələr vurmağı umanlar hərə öz səngərində qalibiyyətimizə töhfə verməlidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol