• $
  • €
  • ₽
  • ₺
  • £

“Döyüş Ermənistan ərazisində aparılmır” - Putin

“Döyüş Ermənistan ərazisində aparılmır” - Putin
07.10.2020 13:21
"Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində deyib. 

Putin qeyd edib ki, münaqişə tərəfləri Rusiyaya yad deyillər: "Rusiya ərazisində 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyəti hər 2 respublika ilə dost və hətta qohumluq əlaqələri saxlayırlar. İnsanların ölümü, itkinin artması böyük faciədir". 

Rusiya tərəfləri Dağlıq Qarabağ ərazisindəki döyüş əməliyyatlarını dayandırmağa çağırıb:

"Biz ümid edirik ki, bu münaqişə yaxın zamanda həll ediləcək. Amma bütünlüklə həll edilməsə belə, biz tərəfləri atəşi dayandırmağa çağırırıq. Bunu maksimum tez icra etməliyik". 

O həmçinin xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: "Bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Rusiyanın öhdəliklərinə gəlincə, biz həmişə bu öhdəlikləri yerinə yetirmişik, yetiririk və yetirəcəyik". 

Putin qeyd edib ki, daim Ermənistanın Baş naziri Nikol Paşinyanla iş əlaqəsi saxlayır: "Ermənistan rəhbərliyində Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur". (qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol