• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: "Biz xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq"

Hikmət Hacıyev: "Biz xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq"
09.10.2020 13:55
"Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raket ilə zərbə endirilməsi barədə xəbərlər yayılmışdır. Biz, bu xüsusda dünya xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq.

Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır. Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır".

Anews.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Birincisi, Azərbaycan ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır. Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib.

İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməmişdir.
Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, avia bomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan silahlı qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur", - H.Hacıyev əlavə edib.

O vurğulayıb ki, göründüyü kimi, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda, yeni uydurmalara əl atmağa başlayır:

"Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.

Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdir etmək istəyir. Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılmışdır.

Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirmişdir.
Bütün dünya xristinalarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dibi abidələr təyinatına uyğun olaraq bərpa olunacaqdır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol