• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan humanitar yardım adı altında mülki aviasiya ilə silah daşınması həyata keçirir

XİN: Ermənistan humanitar yardım adı altında mülki aviasiya ilə silah daşınması həyata keçirir
09.10.2020 22:31
Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistan dövlətinə aid təyyarələrlə Ermənistana silahların daşınması həyata keçirilir.
Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur.
Həmçinin Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya Ermənistana humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir.
1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
Konvensiyanın 44-cü maddəsinə əsasən, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tənzimlənən inkişafının təmin edilməsi, hava gəmilərinin sülh məqsədilə istismarının təşviq edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) əsas məqsədlərindən biridir.
Bununla əlaqədar olaraq, məsələnin araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol