• $
  • €
  • ₽
  • ₺
  • £

Parlmentin İnsan Hüquqları Komitəsi dünya təşkilatlarına, məclislərinə müraciət edib

Parlmentin İnsan Hüquqları Komitəsi dünya təşkilatlarına, məclislərinə müraciət edib
12.10.2020 13:05
Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf 7 rayonda Ermənistan tərəfindən başlanmış genişmiqyası hərbi əməliyyatlarla bağlı Azərbaycan Respublikası Milli Məclisinin (Parlamentinin) İnsan Hüquqları Komitəsi Dünya ölkələrinin parlamentlərinə, Beynəlxalq Təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına müraciət edib.
 
Müraciətdə münaqişənin taleyi barədə geniş məlumat verilir, BMT -nin, o cümlədən digər beynəlxalq qurumların münaqişə barədə qətnamələri xatırladılır. İşğalçı tərəfin əl atdığı təxribatlar, bunun müqabilində isə Azərbaycan ordusu beynəlxalq humanitar hüququn bütün prinsiplərini, o cümlədən "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının və onların Əlavə Protokollarının tələblərinə ciddi surətdə əməl etdiyi halda təcavüzkar Ermənistan ordusu Azərbaycanın hərbi təyinatlı obyektlərinin və qoşun birləşmələrinin olmadığı yaşayış məntəqələrini, o cümlədən Tərtər, Ağdam və Cəbrayıl, Goranboy, Naftalan və Daşkəsən rayonları ərazisində olan yaşayış məntəqələrini və mülki obyektləri ağır artilleriya qurğuları, hərbi hava qüvvələrindən istifadə etməklə davamlı atəş altında saxlayır. Mətndə erməni təxribatı nəticəsində baş verən mülki itkilər qeyd edilir, Ermənistan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq hərbi cinayətlər törətmişdir. Hazırda yaşayış məntəqələrinin, mülki infrastrukturun ağır silahlardan açılan atəş altında saxlanılması davam edir. Xocalı soyqırımının beynəlxalq hüquqi fonda əsaslandırılması barədə sənədlərə toxunulur.

Ermənistan işğal olunmuş Azərbaycanın tarixi torpaqlarında yalnız Azərbaycan xalqına qarşı deyil, həmçinin Azərbaycan xalıqının mədəni abidələrini, tarixi və arxitektura əhəmiyyətli tikililərinə, muzeylərinə, təbii abdələrinə və sərvətlərinə qarşı müharibə aparır. İşğal altında olan ərazilərdə ekoloji terror törədilir.
Ermənistan Respublikası eyni zamanda zəbt etdiyi Azərbaycan Respublikası ərazilərdə də mədəni və digər tikililərin mühafizəsini nəinki təmin etməyib, əksinə silahlı münaqişə dövründə və hazırda (hesabat dövrü ərzində) bu abidələri məhv etməkdə və ya təmir etmək adı ilə qəsdən dəyişiklik etmək və erməni mədəni abidəsinə çevirməkdədir. Bu isə həmçinin "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının tələblərinə ziddir:

"Biz dünya ölkələri parlamentlərinin insan hüquqları üzrə müvafiq komitələrini, aidiyyatı beynəlxalq qurumları, insan hüquqlarını müdafiə edən beynəlxalq qeyri-hökumət təşkilatlarını Ermənistan dövlətindən növbəti təcavüzünə, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayətlərə son qoymağı tələb etməyə çağırırıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol