• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi İlham Əliyevə məktub yazıb

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi İlham Əliyevə məktub yazıb
13.10.2020 11:24
Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Anews.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.
Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.
Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız Sizinlədir".

Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri olub, Turki Al Faysal isə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Fondunun Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədridir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol