• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən Qarabağ ermənilərinə MÜRACİƏT

Prezidentdən Qarabağ ermənilərinə MÜRACİƏT
14.10.2020 12:35
"O ki, qaldı sülhdən sonrakı dönəmə, bizim mövqeyimizdə hər hansısa dəyişiklik yoxdur. Bizim mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk qrupu çərçivəsində artıq təsbit edilib – 5 rayon, ondan sonra 2 rayon”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Haber Türk”ə müsahibəsi zamanı deyib.

"Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar.
 
Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”, - ölkə başçısı bildirib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Siyasət 13:12
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Siyasət 12:33
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol