• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

Ərdoğandan ATƏT-in Minsk Qrupuna: “30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”
14.10.2020 15:16
"Ermənistanın həm hücum edən tərəf, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq göstərən ölkələrin məqsədi müharibəni dayandırmaq deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması o deməkdir ki, onların hədəfi başqadır:
"Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq”.

O qeyd edib ki, hazırda Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır:

"Onlar burada rahat yaşayırlar. Biz onlara qarşı heç bir bir zaman neqativ münasibət göstərmədik. Amma ermənilər azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdilər. Azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

İndi Azərbaycan işğal altında olan öz torpaqlarını istəyir, başqa bir tələb yoxdur. İstədikləri budur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, xüsusən Fransa hələ də baş qatmaq taktikasından istifadə edir və məsələnin həllini ləngidir.

Burada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, siz də 30 ildir bu problemi həll etməkdə səlahiyyətlisinizsə, tez bir zamanda müzakirələri bitirib, həmin torpaqları sahiblərinə qaytarmalısınız.

Bir müzakirə 30 il müddətinə davam edə bilər? 30 ildir baş qatırlar. Otururlar, danışırlar və dağılışırlar. Bu qədər uzun çəkən məsələ deyil. Torpaları verin. İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, biz mücahidləri guya Suriyadan Dağlıq Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol