• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx: “Ümid edirik ki, Putinin köməyi ilə işğal olunmuş torpaqlar qaytarılacaq”

Şeyx: “Ümid edirik ki, Putinin köməyi ilə işğal olunmuş torpaqlar qaytarılacaq”
24.06.2014 16:06
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İnquşetiya prezidenti Yunusbek Yevkurovla görüşüb 
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən əvvəl Y.Yevkurov Təzə Pir məscidi ilə tanış olub və namaz qılıb.
 
Daha sonra QMİ-də davam edən görüşdə Allahşükür Paşazadə İnquşetiya rəhbərini Ramazan ayı münasibətilə təbrik edib. Şeyx regionda İslamın inkişafından danışaraq bildirib ki, Azərbaycanda nəinki bütün müsəlman təriqətlərinə, o cümlədən bütün dinlərə eyni və yüksək şərait yaradılıb.
 
Şeyx buna Azərbaycanın günü-gündən inkişaf edən qüdrətini əsas gətirib. A.Paşazadə Azərbaycanın başlıca problemi olan işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağdan da danışaraq bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, daha da güclü inkişaf edərdi: “Amma Azərbaycanın bu inkişafını gözü götürməyən dövlətlər, qüvvələr də var”.
 
Şeyx Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların qaytarılması məsələsini də qaldırıb: “Azərbaycan və Rusiya arasında çox güclü və kökləri olan münasibətlər var. Biz ümid edirik və gözləyirik ki, siz dostların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin köməyi ilə işğal olunmuş torpaqlar, nəhayət, qaytarılacaq, münaqişə sülh yolu ilə həll olunacaq. Biz müharibə tərəfdarı yox, sülh tərəfdarıyıq”.
 
Şeyx İnquşetiya rəhbəri vasitəsilə Şimali Qafqaz müsəlmanlarına bayram təbriklərini də çatdırıb.
 
Yunusbek Yevkurov isə Azərbaycanda, Qəbələdə keçirilən forumda iştirak etdiyini bildirərək, ətraf bir neçə rayonda da olduğunu, orada olan rusiyalıların necə firavan yaşadığını qeyd edib: “Bütün bunlar prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”.
 
O, Şeyxin də fəaliyyətini qiymətləndirərək onu heç vaxt unutmayacaqlarını, xidmətini dəyərləndirəcəklərini bildirib.
 
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Y.Yevkurov Şeyxə qiymətli işləmələrdən ibarət Qurani-Kərim hədiyyə edib.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol