• $
  • €
  • ₽
  • ₺
  • £

Hadrut Qarabağın Stalinqradına çevrilir - Fotofaktlar

Hadrut Qarabağın Stalinqradına çevrilir - Fotofaktlar
14.10.2020 16:36
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki insanları hədəfə alır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və ya Mingəçevin vurulması istiqamətində müxtəlif təşəbbüslərin də qarşısı uğurla alınır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılar da onu göstərir ki, Ermənistanın rəhbərliyi öz təcavüzkar siyasətindən əl çəkmir və terrordan dövlət səviyyəsində istifadə edir.

Ermənistanı tam dalana dirəmək üçün ölkəmiz tərəfindən uğurlu siyasət həyata keçirilsə də, Ermənistan rəhbərliyi özünü bu dalanda hiss etmək üçün hər şeyi edir. Ermənistanda böyük müharibəyə hazırlıq aparıldığı bəyan olunsa da, sentyabrın 27-dən sonra məlum oldu ki, düşmən dövlət nə diplomatik-siyasi müstəvidə, nə də hərbi müstəvidə böyük müharibəyə hazırlıqlı deyil.

Hazırda ən gərgin döyüşlər cənub-qərb istiqamətində gedir. Hadrutda gərgin döyüşlərin getdiyini Ermənistan tərəfindən rəsmi şəkildə açıqlanan ölü sayı da təsdiq edir.  

Ermənistanın 13 oktyabr tarixinə rəsmi açıqladığı məlumata görə məhv edilən erməni hərbçilərinin ümumi sayı 542-dən çoxdur. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi canlı qüvvəsi ilə bağlı itkilərini elan etdikdən sonra səhvə yol verməsi və bəzi hərbi qulluqçularının sağ olması haqqında məlumat verməsi də onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyində ciddi xaos və hərc-mərclik hökm sürür.

Hadrut istiqamətində gedən döyüşlər nəticəsində düşmən tərəfdə bir sutkadan az müddətdə 113 hərbi qulluqçu məhv edilib.
 
Döyüşlərin ilk günlərindən fərqli olaraq məhv edilən erməni hərbçilərinin siyahısına baxanda görürük ki, artıq çağırışçılarla yanaşı, ehtiyatda olan qüvvələr, çoxlu sayda könüllülər və zabitlər məhv edilir. Hadrutda gedən döyüşlərin şiddət o qədər güclüdür ki, həmin ərazidən 40 kilometr uzaqlıqda yerləşən Xankəndidə də səslər eşidilir. Dağlarda "exo”nun yayılması da döyüş səslərinin yayılmasına güclü təsir edir.

Digər tərəfdən, Hadrut istiqamətində gedən döyüşləri Stalinqrad uğrunda gedən döyüşlərə də bənzədə bilərik.

Xəritədən də görünür ki, əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinin komandanlığının çox yaxşı imkanları yaranıb. Hadrut artıq arxa və cinahdan zərbə endirmək üçün düyün nöqtəsi rolunu oynamır. Bu vəziyyətdə, Füzuli istiqamətindən zərbənin endirilməsi çox effektli olar. Bununla erməni komandanlığı 2 seçim qarşısında qala bilər:

1) Şuşa və Xankəndi istiqamətində olan keçidləri müdafiə etmək;

2) Çoxsaylı itkilərə rəğmən Hadruta zərbələr endirmək və oradakı yolları müdafiə etmək.

2-ci plan Ermənistan üçün daha çox təhlükəli kimi görünür. Çünki yalnız dağ yolları ilə əraziyə canlı qüvvənin və hərbi texnikanın gətirilməsi halında həmin ərazini nəinki Azərbaycan artilleriyası, eləcə də pilotsuz uçuş aparatları çox rahatlıqla sıradan çıxaracaq. Hazırki durumda biz bunun əyani şəkildə şahidi oluruq.

Füzuli istiqamətindən, yəni cinahdan güclü zərbə endirilməsi erməni komandanlığını tamamilə dərinliyinə çəkilməyə məcbur edəcək.
Şimal istiqamətinə gəlincə deyə bilərik ki, Suqovuşanın görüntülərini yayan Müdafiə Nazirliyinin kadrlarından görünür ki, həmin əraziyə tamamilə nəzarət edirik.  



Şimal istiqamətində gedən döyüşlərin nəticəsi olaraq düşmən ordusunun Ağdərədən tamamilə geri çəkilməsini müşahidə edə bilərik. Əsas döyüşlərin cənub istiqamətində getdiyini nəzərə alaraq, Suqovuşandan Ağdərə istiqamətinə gedən döyüşlərin bəzi detallarını haqqında digər yazıda məlumat verəcəyik.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol