• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuz irəliləyir: Ərdoğan Rusiyanı belə neytrallaşdırdı... - EKSPERT RƏYİ

Ordumuz irəliləyir: Ərdoğan Rusiyanı belə neytrallaşdırdı... - EKSPERT RƏYİ
16.10.2020 19:42
"Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi mənəvi dəstək olmasaydı, Rusiya ilk gündən müdaxilə edib, ordumuzun irəliləməsinə imkan verməzdi”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Rusiya regionda hər zaman hegomonluq siyasəti aparmağa çalışıb. Amma hazırda Türkiyənin ortada olması, Azərbaycanı dəstəkləməsi, çox mühüm məsələdir:
"Bu, Rusiyanı münaqişəyə birbaşa müdaxilə etməkdən çəkindirir. Türkiyənin bölgədə sabitləşdirici rolu Rusiyanın müdaxiləsinin qarşısını alır. Həmçinin, Rusiya artıq əvvəlki gücə sahib deyil. Həm daxildə olan gərginlik, həm də xaricdən olunan təzyiqlər, sanksiyalar şimal qonşumuzu çətin vəziyyətə salıb. Buna görə də, Putin əsla Türkiyə ilə əlaqələrin pisləşməsini istəmir. İki ölkə arasında olan iqtisadi-siyasi əlaqələr, ortaq layihələr onun qarşısını kəsən amillərdir. Putin başa düşür ki, Türkiyə bölgədə nüfuzlu dövlətdir və onunla hər hansı bir gərginlik Rusiyaın xeyrinə olmayacaq”.
Politoloq Rusiyanın çöküşünü gözləyən dövlətlərin olduğunu bildirib:
"Rusiyanın səhvə yol verməsini gözləyən bir neçə böyük dövlətlər var. Onlar gözləyir ki, Rusiya bir səhv etsin və onlar bundan istifadə edib, sanksiya və ya başqa yolarla Moskvanı sıxışdırsınlar. Bu səbəbdən də Rusiya növbəti düşmən qazanmaq istəmir. Rusiya üçün Türkiyə ilə müttəfiq olmaq həm iqtisadi, həm də siyasi cəhətdən daha vacibdir. Bu müttəfiqlik Rusiyaya həm də yuxarıda qeyd etdiyim ölkələrə qarşı da istifadə də vacibdir”, - deyə Q.Hüseynli bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol