• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Naxçıvanda 100 kv.km torpaq tutub? - FOTOLAR

Ermənilər Naxçıvanda 100 kv.km torpaq tutub? - FOTOLAR
19.06.2014 16:24
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb. Erməni hərbi qaynaqları Naxçıvanla sərhəddəki neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə məlumat yayıblar. Xəbəri "Razm.info"ya istinadla "Virtualaz.org" saytı verib.  “Regnum” agentliyi də bu haqda yazıb və Ermənistan ordusunun Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri səssiz-səmirsiz tutduğunu bildirib. İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb. Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb. Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür. Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb. Hərbi mənbələrdən Axar.az-a verilən məlumata görə, xəbərin yayıldığı "Razm.info" ermənilərin Azərbaycana qarşı istifadə etdiyi təbliğat bloqu səviyyəsində olan bir vasitədir və yayılan şəkillər reallığı əks etdirmir. Bu, Azərbaycana qarşı düşünülmüş psixoloji təsir vasitəsidir. Qeyd edək ki, bu xəbəri "Reqnum" agentliyi "Razm.info"ya istinadla yayıb.  Xatırladaq ki, Naxşıvandakı mənbələrimiz də faktı təkzibləyərək, belə bir halın baş vermədiyini bildirdilər: "Naxçıvan toxunulmaz ərazidir və orada bir qarış torpağın da işğalından söhbət gedə bilməz". Məsələ ilə bağlı bu gün səhər saatlarından Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya hələ cavab gəlməyib. Cavab alan kimi rəsmi xəbəri oxucularımıza çatdıracağıq. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol