• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda erməni və azərbaycanlı deputatlar arasında qalmaqal

Bakıda erməni və azərbaycanlı deputatlar arasında qalmaqal
17.06.2014 17:35
 Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında erməni deputatla azərbaycanlı deputat arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarının növbəti hissəsi Gürcüstanın NATO-ya üzvlük məsələsinin müzakirəsi olub. Mövzu ilə bağlı müzakirələr zamanı Ermənistanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan söz alaraq, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib və mövzudan kənara çıxaraq Azərbaycan tərəfinə replika atıb: “Biz burada sabitlikdən, tərəfdaşlıqdan danışırıq, amma Azərbaycan tərəfi bizi işğalçı adlandırır. Bu sabitliyə xidmət etmir. Biz sabitlik istəyirik, müharibə istəmirik”. Onun ardınca söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Ermənistan nümayəndə heyətinin rəhbərindən riyakarlığa son qoymağı tələb edib: “Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən. Hansı sabitlikdən danışırsınız ki, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal etmisiniz və hələ də bunu davam etdirirsiniz. Bu, sabitliyə xidmət edir? Mən yenə təkrar edirəm ki, Ermənistanın siyasi iradəsi yoxdur. 1999-cu ildə parlamentdəki ictimai edamdan sonra siz ermənilərdə Rusiya kəşfiyyatından heyvani qorxu var”. Q.Həsənquliyev NATO PA rəsmilərinə də irad tutub: “Mən Azərbaycanın avroməkana inteqrasiyasının qatı tərəfdarı olmuşam. Amma son vaxtlar fikrimdə dəyişikliklər var. Buna səbəb Qərbin Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə qarşı susqunluğu, hərəkətsizliyi olub. Mən dövlətimə müraciət etmişəm ki, Azərbaycan artıq bu məsələdə Rusiya ilə danışıqlar aparıb dil tapmalıdır”. Q.Həsənquliyevin ardınca söz alan Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan bildirib: “Siz Ermənistanı heyvani qorxaq adlandırırsınız. Buna cavab olaraq deyim ki, Ermənistanın siyasi və iqtisadi cəhətdən bu zəifliyinə səbəb Azərbaycan tərədən blokadaya düşməsidir”. Daha sonra kobud formada çıxış etmək istəyən erməni deputata aparıcı tərəfindən imkan verilməyib. Ona mövzu üzrə danışmaq tövsiyə olunub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol