• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi
13.06.2014 17:37
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA-nın məlumatına görə, C.Çiçək Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qəbul olunan qərarın önəmini qeyd edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olunub. Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanaraq bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının səmərəli olacağına əminlik ifadə edilib. Azərbaycan prezidenti İlham Əliyev A.Gülün və R.T.Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol