• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə qarşı reydlərə başladı

Yol polisi sürücülərə qarşı reydlərə başladı
10.04.2021 11:21


Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. 

Rəsmi məlumata görə, cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq reydlər keçiriləcək:

"Həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən  fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək”.
 
DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
Qeyd olunub ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol