Əfqanıstan prezidenti İlham Əliyevə zəng etdi

Bu gün Əfqanıstan Prezident Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevə telefonla zəng edib.
Əfqanıstan Prezidenti dövlət başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.
Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür edib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə edib.
www.anews.az
























