• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanı gizli şəkildə Ermənistana keçirən azərbaycanlı kimdir?

Paşinyanı gizli şəkildə Ermənistana keçirən azərbaycanlı kimdir?
30.06.2021 13:45
Məlum olduğu kimi, hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 12 il əvvəl - 1 iyul 2009-cu il tarixində prezident seçkiləri zamanı kütləvi iğtişaşlar törətməkdə təqsirli bilinərək həbs olunub.

Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyanın həbsdə olduğu zaman qələmə aldığı xatirələri 2 il əvvəl "Dünyanın digər üzü" ("Երկրի հակառակ կողմը") adlı kitabında yer alıb.

Kitabda yer alan maraqlı məqamlardan biri Paşinyanın həbs olunmazdan əvvəl gizli şəkildə Ermənistana geri qayıtmasına yardım edən azərbaycanlı ilə bağlıdır.

Bildiyimiz kimi, 2008-ci ilin mart ayında Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri müxalifət tərəfindən tanınmadıqdan sonra başlayan kütləvi etirazlar o zamankı dövlət başçısı Serj Sarkisyan tərəfindən silah gücünə yatırılıb. Həmin dövrdə Ermənistanda onlarla insan öldürülüb, yüzlərlə insan həbs olunub, bir çox insan isə həbs olunmamaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb. Ölkədən qaçan insanlardan biri də seçkilərdə Ermənistan prezidentliyinə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü və 1 mart tarixində baş tutan etiraz aksiyasının əsas təşkilatçılarından olan Nikol Paşinyan olub.

Nikol Paşinyan Ermənistandan qaçdıqdan sonra qonşu Gürcüstanda gizlənib və təxminən bir ildən sonra gizli şəkildə Ermənistana geri dönmək qərarına gəlib. Paşinyan kitabında (səh. 359) onu Gürcüstan-Ermənistan sərhədindən 2 nəfərin keçirdiyini və onlardan birinin erməni (adı Sako), digərinin isə azərbaycanlı (adı Vəzir) olduğunu yazıb.  

Paşinyan kitabında qeyd edib ki, Vəzir onunla erməni dilində, ancaq Azərbaycan ləhcəsilə danışıb. Sako və Vəzir Paşinyanı Gürcüstan-Ermənistan sərhədindən axan Pəmbək çayından (gürcü dilində Debed çayı) keçiriblər. Paşinyan kitabında yazır ki, çayı Sako ilə birgə keçib. Vəzir isə sahildə onların bağlı olduğu ipi saxlayıb. Paşinyan daha sonra qeyd edir ki, o, Vəzirin saxladığı ipi tutaraq çayı keçib və Ermənistan tərəfinə keçəndən sonra yadına düşüb ki, Vəzirə təşəkkür etməyi unudub (səh. 362).



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol