• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vakant deputat yerləri-SİYAHI

Azərbaycanda vakant deputat yerləri-SİYAHI
30.08.2021 15:15
Hazırda Milli Məclisdə  5 deputatın yeri boş qalıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından anews.az-a məlumat verilib.
 
2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib.
 
MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən 4 seçki dairəsində nəticələr ləğv edilib.
 
Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi;
 
Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi;
 
Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi;
 
Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindəki yerlər hazırda boşdur.
 
Ötən il avqustun 4-də 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov isə vəfat edib. Deputatın ölümü ilə parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb.
 
55 saylı Xaçmaz şəhər dairəsinin deputatı Eldəniz Səlimova isə bu ilin iyulunda polis əməkdaşını döyməsi iddiası ilə bağlı cinayət işi açılıb. Deputat hazırda Kürdəxanı həbsxanasındadır. Avqustun 2-si parlamentin İntizam Komissiyasının iclasında Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib. Onun deputat mandatının ləğvi ilə bağlı məsələnin müzakirəsi plenar iclasa tövsiyə edilib.

Azərbaycan Respublikasının Milli Məclisi birpalatalı orqan olub, 125 deputatdan ibarətdir.  Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti isə 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
 
Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci il fevralın 9-da keçilib. Növbət parlament seçkiləri isə 2025-ci ilə təsadüf edəcək. Yerləri boş qalan seçki dairələrinə təkrar seçkilərin keçiriləcəyi vaxt isə hələki məlum deyil.
 
Samirə Əli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol