• $
  • €
  • ₽
  • ₺
  • £

MM-də payız sessiyasında ilk komitə iclası keçirilib

MM-də payız sessiyasında ilk komitə iclası keçirilib
08.09.2021 16:21
Sentyabrın 8-də Milli Məclisin Elm və təhsil komitəsi 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclasını keçirib, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Elm və təhsil komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara uğurlar arzulayıb. İclasın gündəliyi təsdiq olunandan sonra komitə sədri gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin iyunun 1-dən iyulun 9-dək keçirilən növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib.


Ötən növbədənkənar sessiya ərzində komitənin 3 iclası keçirilib, komitənin gündəliyinə çıxarılan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Bəxtiyar Əliyev  növbədənkənar sessiya dövründə komitəyə daxil olan ərizə, məktub və müraciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Hesabat dövründə Elm və təhsil komitəsinin üzvü olan deputatlar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq seçicilərin qəbulunu həyata keçiriblər və görüşlərdə qaldırılan məsələlərə diqqətlə və həssaslıqla yanaşıblar.


Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı və komitə üzvü İsa Həbibbəyli hesabatla bağlı çıxış edərək sənədi qənaətbəxş sayıblar və bildiriblər ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda mütəmadi çıxışlar ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol