“Rusiya üçtərəfli bəyanatların icrasını vacib hesab edir” - Zaxarova

"Rusiya Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri diqqətlə izləyir”.
"Təəssüf ki, siyasi mövzularda əsas fikir ayrılıqları davam edir. Məhz bu səbəbdən, Moskva bu mərhələdə 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli üçtərəfli müqavilələrin bütün müddəalarına ciddi riayət etməyi vacib hesab edir. Söhbət atəşkəsə riayət etməkdən, humanitar məsələlərin həllindən və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından gedir. Bu cür addımların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və yekun siyasi razılığa gəlinməsinə şərait yaradacağını gözləmək olar”, - deyə Zaxarova qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























