Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis polkovnik-leytenantı Hikmət Vəliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Hikmət Vəliyev bundan əvvəl tutduğu Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb.
























