• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş hakim məhkəmə zalında həbs edildi

Keçmiş hakim məhkəmə zalında həbs edildi
20.10.2021 20:30
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən keçmiş hakim Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, L.Nəbiyev məhkəmə zalında həbs edilib və ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İttihama görə, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə iki tanışının 307 min dollardan çox pulunu mənimsəyib. O, zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb. Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib. Hökmə əsasən, L.Nəbiyev vurduğu ziyanı da ödəməlidir.

Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol