Ata-anası olmayan şəhidlərin bacı-qardaşına müavinət verilsin

Ata-anaları vəfat edən şəhidlərin bacı-qardaşları mənzillə təmin edilsin.
Anews.az məlumatına görə bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı bildirib.
"Bəzi şəhidlərimizin ata-anası dünyasını dəyişib. Onların övladları qalıb. Belə şəhid bacı-qardaşların sayı çox deyil. Həmin şəxslərə şəhidlərin ailələrinə verilən müavinət və mənzil verilməsi aid edilmir. Təklif edirəm ki, onları nəzərə almaq lazımdır", deyə Fazıl Mustafa əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
























