• $
  • €
  • ₽
  • ₺
  • £

"Sülhməramlılar belə düşük hərəkətə yol verməməlidir" - Ekspertdən AÇIQLAMA

"Sülhməramlılar belə düşük hərəkətə yol verməməlidir" - Ekspertdən AÇIQLAMA
12.11.2021 14:08
 Xankəndi yaxınlığındakı Rusiya hərbi şəhərciyində  Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa daxil olmasının birinci ildönümü şərəfinə qoyulmuş  abidənin açılış mərasimi keçirilib.  Abidə Azərbaycan tərəfindən vurulan Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin şəxsi heyətinin xatirəsinə qoyulub. Bürüncdən tökülmüş abidədə tam döyüş sursatı ilə silahlanmış, çiynində Kalaşnikov avtomatı, gül dəstəsi  verən kövrək qızı qucaqlayan sülhməramlı rus əsgəri təsvir edilib. Bu abidə Azərbaycan vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb və narazılığa səbəb olub. 

Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycanda  qoyulan hər bir heykəl razılaşdırılmalıdır, çünki sülhməramlılar orada müvəqqəti yerləşdirilib. 

"Sülhməramlılar yerləşdikləri ərazidə memarlıq, inşaat, abidə, tikinti işlərinə yol verməməlidirlər. Onların işi ancaq özlərinə aid olan funksiyaları yerinə yetirməkdən ibarətdir. Humanitar fəaliyyət ola bilər, ona bir söz demirik. Məsələn, hansısa erməniyə su, ərzaq paylaya bilərlər, amma memarlıq abidəsinin ucaldılması kimi düşük bir hərəkətə yol verilə bilməz. Dörd ildən sonra gedəcək iki minlik bir kontingentin orada abidə yerləşdirməsi "sanki biz burada daha uzun müddət qalmağı planlaşdırırıq” mesajını ötürür.  Hesab edirəm ki, bununla bağlı aidiyyatı qurumlar öz münasibətlərini bildirməli, tədbir görülməlidir.  Digər məsələ, bu heykəlin Xankəndi yaxınlığında, Xocalı ərazisində ucaldılması Azərbaycanı bir daha qıcıqlandırmaq məqsədi kimi də qiymətləndirilməlidir. Təklifim odur ki,  sökülüb-yığıla bilən heykəllər hazırlasınar kiburdan gedəndə həmin heykəlləri özləri ilə söküb apara bilsinlər. Çünki 2012-ci ildə gedəndə Rusiya qurduğu heç bir konstruksiyanı apara bilmədi. Rusiya sülhməramlıları yəqin unudublar ki, Azərbaycan xalqı hələ 90-92-ci illərdə, daha zəif olduğu bir vaxtda erməniləri ölkəmizdən yola sala bilib. Biz bunu 2012-ci ildə Putinin hakimiyyəti dövründə həyata keçirmişik və indi də həyata keçirəcəyik. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti onların burada daha çox qalmasına heç bir əsas vermir. Ən azından, həm Erməni, həm Azərbaycan ictimaiyyəti tərəfindən bu məsələ qınanılır”, - deyə ekspert əlavə etdi. 

Ekspertin fikrincə,  abidənin inşaatı gedən zaman bu barədə xəbər tutmaq lazım idi:

"Bizim peykimiz, pualarımız var və ümumilikdə, müşahidə imkanlarımız kifayət qədər yüksəkdir. Şuşadan baxdıqda Əsgəran və Xocalı hava limanını gözlə görürük, amma oraya optik vasitələr yerləşdirsək, uzaq məsafələrdə nə işlər aparıldığını görmək olar. Amma nədənsə bizim güc strukturları bəzən gecikmiş addımlara yol verirlər. Bu kimi halların qarşısı tamamilə alınmalıdır, hansı yolla olursa olsun”, - deyə Ədalət Verdiyev bildirdi.
 
Rəsmi Bakı məsələyə hələlik münasibət bildirməyib. 
 
Nicat Dilqəmli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol