• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan mina xəritələri barədə çox qeyri-səmimi çıxış edib

XİN: Ermənistan mina xəritələri barədə çox qeyri-səmimi  çıxış edib
08.12.2021 11:27
Azərbaycanın Ermənistanla bağlı müraciət etdiyi ikinci məhkəmə Beynəlxalq Ədalət Məhkəməsidir, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
 
Nazir müavini bildirib ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız qarşılıqlı iddia irəli sürüb.
 
"Hər iki dövlət məhkəmədə müvəqqəti qərarların qəbul edilməsi üçün vəsatət verib. Məhkəmə illər ərzində yekun qərar çıxarmaq üçün şikayətlərə baxacaq. Ancaq yekun qərar çıxanadək həm Azərbaycan, həm də Ermənistan müvəqqəti qərar çıxarılması üçün vəsatət vermişdi. Oktyabrın 14-19-dək keçirilən dinləmələrdə bu vəsatətə baxıldı. Bu dinləmələrdə Azərbaycan Ermənistana qarşı öz sübutlarını təqdim edib. Azərbaycan tərəfini bu proses çərçivəsində ABŞ və Britaniyadan olan peşəkar vəkillər komandası təmsil edib. Azərbaycan ilk əvvəl minalanmış ərazilərin təmizlənməsi üçün Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edib. Ermənistan digər məsələlərdə olduğu kimi bu məsələdə də çox qeyri-səmimi mövqedən çıxış edib. Ermənistan tərəfi bu məsələnin şərh edilməsindən ümumiyyətlə imtina edib. İkinci mərhələdə isə ümumiyyətlə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürməyə başladı. Bu ilin iyun-iyul ayında isə Ermənistan xüsusi şərt irəli sürərək bir neçə rayonun mina xəritələrini verəcəyini dedi və Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərin qeyd-şərtsiz Ermənistana qaytarılmasını bildirdi. Halbuki beynəlxalq konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycan verməlidir”, - deyə o bildirdi. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol