• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistanın verdiyi mina xəritələri etibarsızdır" - ANAMA

"Ermənistanın verdiyi mina xəritələri etibarsızdır" - ANAMA
08.12.2021 16:42
Ötən həftə Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını da Azərbaycan tərəfinə təqdim edib. Mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin bildirmək istərdim ki, təqdim edilən formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanov deyib.

"Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilən formulyarların işğaldan azad edilən bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq", - deyə Süleymanov vurğulayıb.

Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir. Təqdim olunan formulyarlar hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcəkdir

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol