• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyanın yeni hökuməti ilə əməkdaşlıq davam etdiriləcək

Almaniyanın yeni hökuməti ilə əməkdaşlıq davam etdiriləcək
09.12.2021 17:24
9 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Almaniyada yeni hökumətin formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib.
 
O, iki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Almaniyada yeni hökumətin alternativ enerjiyə keçmək ilə bağlı məqsədlərindən bəhs edən səfir, təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib. Səfir, qarşıdan gələn il təşkil olunacaq "Berlin Enerji Keçidi Dialoqu” tədbiri barədə məlumat təqdim edib.

Nazir Ceyhun Bayramov Almaniyada yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb. O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib. Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söylədi. Nazir, azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib. Ermənistanın bu addımlara hələ də, qarşılıq vermədiyi, eyni zamanda təxribatçı addımlarını davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi qeyd edilib.
Görüşdə tərəflər, münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol