• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

Yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO
22.01.2022 12:09
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ordumuzda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində yeni inşa edilmiş və əsaslı təmir olunmuş hərbi obyektlər istifadəyə verilib.

Müdafiə Nazirliyinindən  verilən məlumata görə, Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev təlim hərbi hissəsində və mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölmələrinin birində olublar.

Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təchiz edilib. Burada ideoloji sinif, xidməti, məişət və silah otaqları, eləcə də dəftərxana, yataqxana, yeməkxana və sanitar qovşağı mövcuddur. Mətbəxdə sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla dadlı, keyfiyyətli və isti yeməklər hazırlanır. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi və gənc əsgərlərin valideynləri ilə görüşməsi üçün şərait yaradılıb.

Texnikalara qulluq göstərilməsi üçün hərbi hissənin ərazisində inşa edilən texniki xidmət və təmir məntəqəsində görülən işlərlə tanış olan nazir müavinləri texniki xidmət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi barədə əlavə göstərişlər veriblər.

Sonda nazir müavinləri ərzaq anbarının yeni inşa edilmiş qərargah binası və bölmənin qoşqulu mətbəxinə baxış keçirib, xidmətin yüksək səviyyədə təşkili və aparılması ilə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını çatdırıblar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol