• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda xüsusi təyinatlıların təlimi baş tutub

Naxçıvanda xüsusi təyinatlıların təlimi baş tutub
01.03.2022 21:30
"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən "Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
 
Təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib.
 
Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib. Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb, qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təminata xüsusi diqqət yetirilib.
 
Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Təlimdə düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə yetirilib. Əlverişsiz hava şəraitindən istifadə edərək təxribata hazırlaşan şərti düşmənin terror qruplaşmasının fəaliyyətləri xüsusi təyinatlı bölmələrimiz tərəfindən aşkar edilib. Ərazinin çətin keçiləbilən relyefi üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə düşmənin terror fəaliyyətlərinin qarşısı alınıb. Çətin dağlıq şəraitdə həmlə qrupumuz tərəfindən pusquya salınan düşmənin hərbi kalonundan terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib.
 
Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi aparat və avadanlıqlar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin gecə və gündüz, müxtəlif ərazi və iqlim şərtlərində kəşfiyyatın və xüsusi əməliyyatların aparılmasında, eləcə də axtarış-xilasetmə fəaliyyətlərində praktiki vərdişləri təkmilləşdirilib.
 
Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edən hərbi qulluqçularımız təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər.
 
Şəxsi heyətə döyüş, təminat və təxliyə üzrə tapşırıqların yerinə yetirilməsi zamanı cəsarətli, dözümlü, iradəli və vətənpərvər olmaq ruhunda yüksək mənəvi keyfiyyətlərin aşılandığı təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol