Mariupolda yaşayış binası və universitet partladıldı -VİDEO

Hal-hazırda Mariupol rus işğalçıları tərəfindən atəşə tutulur, bu barədə Şəhər Şurası bildirib.
"Yaşayış binalarına bombalar düşüb. Şəhərin mərkəzində yerləşən Azov Dövlət Texniki Universitetinin binasında partlayış olub. Dram Teatrının ərazisində də partlayış qeydə alınıb. Həlak olanlar barədə məlumat dəqiqləşdirilir. Raşistlər Mariupolun mülki əhalisinə məqsədyönlü hücum edirlər!” - məlumatda deyilir.
Fevralın 24-dən başlayaraq Rusiya Ukraynada hərbi əməliyyatlar keçirir. Bu gün hərbi əməliyyatlardan 15 gün gün keçir.
























