• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Ermənistana cavab verib

Azərbaycan XİN Ermənistana cavab verib
25.03.2022 11:59
Ermənistan Xarici İşlər Nazirliyinin 24 martdakı bəyanatı təxribat xarakterlidir, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

"Guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır.
Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyildir.

Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir.

İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq zamanıdır", - XİN-dən bildirilib.
 
Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı aşağıdakı kimi idi:
 
"Biz gözləyirik ki, Rusiya sülhməramlıları Azərbaycan qoşunlarının dərhal öz ilkin mövqelərinə qayıtmasını təmin etmək üçün tədbirlər görəcək və 9 noyabr tarixli üçtərəfli bəyanatda götürülmüş öhdəliklərə dönməz şəkildə əməl edəcəklər".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol