• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov qazaxıstanlı generalla görüşdü

Zakir Həsənov qazaxıstanlı generalla görüşdü
12.05.2022 14:47
Mayın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.

Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Qazaxıstan müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol