Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib.
Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Litva Prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Litvanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
www.anews.az
























