• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
30.08.2022 15:20
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

"Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafı məmnunluq doğurur.

Cari ilin aprelində Azərbaycana rəsmi səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan bir sıra sənədlər, xüsusilə də "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinin bariz nümunəsidir.

İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi naminə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram", - məktubda deyilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol