• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycanla sərhəddə hərbi təlimlərə niyə başlayıb? - AÇIQLAMA

İran Azərbaycanla sərhəddə hərbi təlimlərə niyə başlayıb? - AÇIQLAMA
17.10.2022 16:35
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında hərbi təlimlərə başlayıb. Bu barədə məlumatı "IRNA” agentliyi yayıb.

Təlimlər illik plana uyğun olaraq və Quru qoşunlarının döyüşə hazırlığının artırılması məqsədilə keçirilir.
 
Milli Məclisin deputatı Elşad Mirbəşir sözlərinə görə İranın hazırda təlim keçməsi məqsədəuyğun hesab edilmir. 


"Əslində bu  proseslər İranın da maraqlarına cavab verir. İki ölkə arasnda Azərbaycan- Ermənistan arasnda sərhədləri müəyyənləşdirmək,  komunikasiyanın açılmasını, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini istəyirik ki, bu da  gələcəkdə regionun tranzit imkanlarını genişləndirəcək və İran bundan bəhrələnə biləcək. İranın sərhəddə hərbi hərəkətlənmələr həyata keçirməsi  Azərbaycanın mövqeylərinə  təsir göstərmiyəcək. Azərbaycan haqlı mövqeydədir və  İranın sərgilədiyi mövqeyin mahiyyəti anlaşılmır. Vətən müharibəsi dövründə də İran sərhədlərdə oxşar  addımlar atırdı. Ola bilsin ki,  İran hansısa mesaj vermək istəyir. Amma Azərbaycanı öz yolundan döndərəcək hər hansı sa addım ola bilməz.”-Mirbəşir vurğulayıb.


Palitoloq Tural İsmayılovun fikrincə İran ölkə daxilindəki problemləri  həll etmək ixtiyarında olmadığı üçün bu cür ucuz üsullarla gündəmi dəyişməyə çalışır.

"İranın Azərbaycanla sərhəddə təlimlərə başlaması artq ikinci dəfədir. 44 günlük Vətən Müharibəsində  qələbə qazanmağımızdan sonra İran islam ölkəsi kimi Azərbaycanın uğurlarına sevinmək yerinə bu tip hərbi təlimlər keçirərək dırnaqarası bölgə nümayişi  göstərməyə çalışır. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülən "3+3” platforması İranın da iqtisadi və siyasi imkanlarının genişlənməyinə səbəb olur, amma İran bunu qiymətləndirə bilmir və sadəcə  regionda  gərginlik yaratmağa çalışır. İran Zəngəzur dəhlizinin açılmağını istəmir.”- İsmayılov bildirib. 
 
Politoloq Tural İsmayılov hesab edir ki, İran apardığı uğursuz xarici siyasət nəticəsində  bu gün  nəiyinki  dünyada heç regionda da  normal əlaqələri qura bilməyib. 
 
Oktyabrın 13-də Azərbaycanla İran prezidenti arasında görüş olub. Görüşdə bir sıra iqtisadi və siyasi məsələlər müzakirə olunub. İlham Əliyev İran prezidentinin diqqətinə çatdırıb ki, Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək. İran prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu Əliyevin diqqətinə çatdırıb. 
 
Ləman Hafizi 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol